Bayden Trampın ad gününü belə təbrik etdi – VİDEO

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Donald Trampı 78 illik yubileyi münasibətilə təbrik edib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, təbrik zamanı o, sələfi ilə zarafat edib.

“78 yaşın mübarək, Donald. Yaş sadəcə bir rəqəmdir. Amma seçkilər seçkidir”, – siyasətçi şəbəkədə qeyd edib.

Amerika lideri təbriklərinə öz nailiyyətlərini keçmiş prezident Trampın hərəkətləri ilə müqayisə etdiyi videonu əlavə edib. Xüsusilə də, kadrların birində onun diktator olacağına söz verdiyi, Baydenin bunu etmədiyi deyilir.

“İndependent” nəşri Konqresdəki respublikaçıların Trampa 47 şamdan ibarət tort hədiyyə etdiyini qeyd edərək, onun noyabrda ABŞ-ın 47-ci prezidenti olacağına ümid etdiyini bildirib.

Prezidentliyə namizədin özü ad gününü Vest Palm-Biçdəki “Club 47 USA” fan-klubunda qeyd edəcək. Tədbirə girişin qiyməti hər giriş üçün 35-60 dollar arasında dəyişir. Artıq 5000 bilet satılıb.