Baş Prokurorluq Zakir Qaralovla bağlı məlumat yaydı

Keçmiş baş prokuror Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulması haqda yayılan xəbərlə bağlı rəsmi açıqlama yayılıb.

Globalinfo.az-a Baş Prokurorluqdan daxil olan məlumata görə, Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulmayıb.

“Sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir”, deyə Baş Prokurorluqdan bildirilib.