Şuşaya səfər etmək Fuad Oktay bəyin öz arzusu idi.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Şuşada Türkiyənin Vitse-prezidenti Fuad Oktayla mətbuat konfrasında deyib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyevlə Fuad Oktay bəyin görüşünə də vurğu edib: “Bu görüş zamanı Azərbaycan-Türkiyə strateji əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verilib. O tapşırıqlar Azərbaycan hökuməti qarşısında da qoyulub. Biz iki gün ərzində indiyə qədər qazanılmış nailiyyətləri daha da sürətləndirmək üçün işləri planlaşdırdıq. Gələcəkdə onları reallaşdırmaq üçün ciddi fəaliyyət planımız mövcuddur”.
Baş nazir Fuad Oktayın dəvəti ilə Türkiyəyə etdiyi səfəri də xatırladıb.
“Keçən ilin fevral ayında ilk olaraq Hökumətlərarası komissiyanın iclası keçirildi. Hökumətlərarası Komissiya tərəfindən qarşımıza qoyulan məsələlərin əksər hissəsini həll etmişik. Təbii olaraq, vaxt baxımından bütün məsələlər həll edilməyib. Amma biz güclərimizi toplayaraq qalan məsələləri yəqin ki, yaxın zamanlarda həll edəcəyik. Bir neçə gün sonra biz Zəfər bayramını qeyd edəcəyik. 29 oktyabr tarixində isə Türkiyə Cümhuriyyətinin milli bayramı kimi qeyd olunub. Fürsətdən istifadə edib bir daha bütün türk xalqını bu milli bayram münasibətilə təbrik etmək istərdim”, – Baş nazir deyib.
Əli Əsədov Türkiyənin 44 günlük müharibə dövründə Azərbaycan xalqının yanında ilk dəqiqələrdən durduğunu xüsusilə vurğulayıb.
“Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, cənab Fuad Oktay, Türkiyə rəhbərliyi və bütün türk xalqı Azərbaycan xalqının yanında durdu. Azərbaycan xalqı o günləri heç vaxt yadından çıxarmayacaq”.