1716297362 1565100774 isiq

Nərimanov rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, iyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq 227 nömrəli yarımstansiyada təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq, saat 20:00-dan 21:00-dək Nərimanov rayonunun bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.

Qeyd edilib ki, yenidənqurma işləri başa çatdıqdan sonra, sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş: