Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.