Bakıda ticarət mərkəzi yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 700 kv.m. sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100 kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

X X X

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzində yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında mərkəzdə yanğın başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb olunub. Bildirilib ki, yanğın ticarət mərkəzinin arxa hissəsindəki anbarda başlayıb.

Hazırda yanğın söndürülüb.

ayxan-ticaret-merkezinde-yangin-olub