“Taksinin çox yox, 2 ay əvvəl qiymətləri 2.50 manatı keçmirdi. Ən ucuzu da “Yango” idi. Məsafə nə qədər uzaq olurdusa, qiymət də münasib olurdu. Şamaxinkadan “Azərpoçt”a taksi sifariş etmişəm. Həmişə 4.50 manat göstərən “Yango” indi 6.10 manat yazdı”.
Globalinfo.az xəbər verir ki, bunu tanınmış jurnalist İradə İsak deyib.
O bildirib ki, vaxtında çatmaq üçün taksi sifarişi verib:
“Sürücü məni yığıb nə desə, yaxşıdır? Bacım, ucuzdur, təcili deyilsə, bəlkə getməyək? Dedim, anlamadım. Şəhərə düşəcəm, ucuzdur? Deyirəm, dünənə qədər 4.50 manata getdiyiniz yolu günorta tıxacsız 6.10 manata qəbul etmək istəmirsiniz? Deyir, bizə tapşırıblar ki, danış, qiymət sərf etmirsə, getmə, ləğv et”.
Jurnalist “Bolt” şirkətinin də adını vurğulayıb:
“Deməli, ən ucuzu 5.90 manata gəlir. Daha onlar da gəlmir, vadar edir səni ki, komfort, biznes seçəsən. Nə sirrdirsə, onları sifariş edən kimi gəlirlər. Bəhanə də budur ki, maşın azalıb. Anlamadım, maşın azalıb, komfort çoxalıb? Anlayıram ey, hərəniz bir cür başımızı qırxırsınız. Yaxşı da edirsiniz. Bizə bu da azdır”.
Günel Cəlil
Globalinfo.az