Bakıda sürücüdən “unikal” addım: Tıxacdan çıxmaq üçün görün nə etdi – VİDEO

Bakıda sürücü tıxac zamanı avtomobili yoldakı bordürə çıxardaraq hərəkət edib.

Globalinfo.az xəbər verir ki, hadisə Mehdiabad yolunda baş verib.

Belə ki, avqustun 2-si saat 09:57-də 90-ZN-147 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil tıxac zamanı yolun kənarındakı bordürlə hərəkət edərək qəza şəraiti yaradıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında məsələnin nəzəratə götürüldüyünü və hüquqi addımlar atılacağını bildirib.

Həmin görüntüləri təqdim edirik: