ehali 1 900x600 2

Azərbaycanda Türkiyə vətəndaşının “çobanyastığı” sözü ilə bağlı səsləndirdiyi fikirlər səs-küy yaradıb. Belə ki, o, marketdə məhsulun üzərindəki yazını göstərərək gülməyə başlayıb. Lakin yayılan video cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu fonda “çobanyastığı” sözünün mənşəyi də maraq doğurub.

Bu situasiya necə qiymətləndirilməlidir? Çobanyastığı türk sözüdür?

Globalinfo.az-a danışan türkoloq Faiq Ələkbərli deyib ki, dilimizə bu cür reaksiya verənlər üçün problem daha çox subyektiv yanaşmadan qaynaqlanır:

“Çobanyastığı” sözü bizim dilimizə məxsusdur və bu kimi anlayışların düzgün qavranılması vacibdir. Bu sözə hər hansı qeyri-ciddi və ya yanlış məna yüklənməsi qəbuledilməzdir. Mümkün qədər doğma sözlərimizdən və Azərbaycan türkcəsindən istifadə etməyə üstünlük verilməlidir”.

faiq elekberli e1746428830450

Faiq Ələkbərli

Türkoloq bildirib ki, yad terminlərə müraciət etməkdənsə, dilimizin imkanlarına uyğun ifadələr işlətmək daha məqsədəuyğundur:

“Bu cür məsələlərə qeyri-ciddi yanaşmaq düzgün deyil, hələ də özümüzə qardaş bildiyimiz Türkiyə vətəndaşının lağ-lağa etməsi qəbuledilməzdir. “Çobanyastığı” türk mənşəlidir və qəbul olunan ifadədir. Onun bu şəkildə işlədilməsi tam əsaslıdır”.

@trolling.azerbaijanÖzlərinin dili yunan, fransız, ingilis mənşəli dilə çevrilib, gəlib bizə lağ edir.♬ orijinal ses – Trolling Azerbaijan

Ləman İmran
Globalinfo.az

Paylaş: