Bakıda sərnişin avtobusu maşını əzdi – VİDEO

Bakının Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Daewoo” sərnişin avtobusu hərəkətdə olan “Mercedes-Benz” avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib, yolda avtomobillərin hərəkəti çətinləşib.

Qəza zamanı ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik: