Bakıda qadın sürücü maşını aşırdı: tıxac yarandı

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə yolun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-HU-422 nömrəli “Kia Picanto” markalı avtomobili sürən qadın sürücü idarəetməni itirərək yolun ortasındakı dəmir maneələrə çırpılıb.

Arakəsmələrə çırpılan avtomobil aşıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hər iki istiqamətdə uzun tıxac yaranıb.