Bakıda polis rəislərinin yeri dəyişdirildi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib.

O, digər əmrlə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov da 2-ci Polis Şöbəsinə rəis göndərilib.