rrrrr

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Şazeli” restoranının mətbəxində antisanitar vəziyyət hökm sürməsi ilə bağlı görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, restoran rəhbərliyi məsələ ilə bağlı açıqlama verməsə də, antisanitar vəziyyətin davam etdiyi məlum olub: mətbəxdə həşəratlar gəzir, qoxudan dayanmaq olmur.

Daha ətraflı Baku TV-nin süjetində:

***

“Şazeli” restoranlar şəbəkəsi bu ictimai-iaşə obyekti ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə reaksiya verib. 

“Bu gün çəkiliş zamanı restoran fəaliyyət göstərmədiyi üçün bəzi qida qalıntılarının və natamam vəziyyətin müşahidə olunması təbii haldır. Fəaliyyətdə olmayan məkanlarda bu tip görüntülərin yaranması mümkündür”, – açıqlamada bildirilib.

Paylaş: