Bakıda məşhur ayaqqabı mağazası yandı – VİDEO

Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən “Lutvelizade” ayaqqabı mağazasında yanğın olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın söndürülüb.