Nərimanov rayonunda yerləşən orta məktəbdə şagirdə qarşı xuliqanlıq olub.
Globalinfo.az xəbər verir ki, fevralın 28-i saat 12 radələrində Tələt Şıxəliyev küçəsində yerləşən 177 saylı orta məktəbdə şagirdlərdən biri 2009-cu il təvəllüdlü F.Babayevi döyüb. Məktəbliyə tibbi yardım göstərilib.
Hadisə ilə bağlı martın 1-də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az