zal olum 11

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında qəfil ölən Şəmil Qədimovla bağlı bəzi təfərrüat üzə çıxıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Ş.Qədimovun məhkəmə zalında ürəyinin partlaması səbəbindən öldüyü məlum olub. Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsindən olan Ş.Qədimov bu gün Türkan qəsəbəsində dəfn ediləcək.

Saytımızın əldə etdiyi digər məlumata görə, məhkəmə prosesi zamanı külli miqdarda dələduzluqda ittiham olunan Naxçıvan Ədliyyə Nazirliyinin sabiq əməkdaşı, 62 yaşlı Qədimov Şəmil Əli oğlu məhkəmə prosesinin gedişindən narazı olub. O, dünən məhkəmədə ittihamları rədd edib. Sonra əsəbiləşib və qəfil yıxılaraq ölüb.

Şəmil Qədimovun fotosunu təqdim edirik.

samil qedimov

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: