Screenshot 2026 08 14 234648 1

Bakının Hövsan qəsəbəsində yerləşən SPAR marketin damı çöküb. 

Globalinfo.az xəbər verir ki, bu barəd görüntülər sosial mediada yayılıb.

Bildirilir ki, hadisə Mirzəağa Əliyev küçəsində baş verib. Damın çökməsi zamanı bir nəfər dağıntılar altında qalıb. 

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub və dağıntılar altında qalan şəxs xilas edilib. İlkin məlumata görə, xəsarət alan şəxsin həyati təhlükəsi yoxdur. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: