Bakıda mal əti yenə bahalaşdı

Son günlər Bakıdakı ticarət mərkəzləri və ət kəsimi obyektlərində mal ətinin yenidən bahalaşdığı müşahidə olunur.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, ət satışı həyata keçirən ticarət obyektlərində qiymətlərdəki artımın 50 qəpik – 1 manat təşkil etdiyi nəzərə çarpır.

Hazırda şəhərin mərkəzindən nisbətən kənardakı ət kəsimi obyektlərində mal əti minimum 14 manata satılır. Şəhərin mərkəzindəki obyetlərdə və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.