Bakıda gənc qız şəkilləri ilə şantaj edildi 

Bakıda gənc qız şantaj olunub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki,  Tovuz rayon sakini, 29 yaşlı G.V. polisə ərizə ilə müraciət edərək, Bakının Mərdəkan qəsəbəsində tanışı E.Ş. tərəfindən şantaj edildiyini bildirib.

Şikayətçi qeyd edib ki, E.Ş. onun qeyri-münasib vəziyyətdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan pul tələb edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.