Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib.

Əliyar Əliyev küçəsində 1994-cü il təvəllüdlü Səmədov Orxan Yenubər oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.