65f34853deef465f34853deef5171044257965f34853deef265f34853deef3

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Globalinfo.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

Paylaş: