Bakıda daha bir konfrans keçirilir

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir.

Globalinfo.az bildirir ki, toplantı Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutur.

Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlər olacaq.

Tədbirdə BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç, AMEA prezidenti İsa Həbibbəyli, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Konfrans işini sabah başa çatdıracaq.