Bakıda çimərlikdə 6 minlik oğurluq

cimerlikler

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq olunub. 

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.