Bakıda bu balığın qiyməti kəskin bahalaşdı – VİDEO

Azərbaycan bazarında nərə balığının qiyməti iki dəfə artıb. 

Globalinfo.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, əvvəllər kiloqramı 30-40 manata təklif olunan balığın qiyməti indi 80 manata qədər qalxıb.

Satıcılar bildiriblər ki, bahalaşma xüsusilə son aylarda müşahidə edilir.

Satıcıların sözlərinə görə, bu balıq növü indi ya xaricdən, ya da müxtəlif rayonlardakı balıqyetişdirmə təsərrüfatlarından gətirilir.47

Satıcılar təsərrüfat balıqlarının birdən-birə bu cür bahalaşmasını həm təklifin az olması, həm də yetişdirilmə xərclərinin çoxluğu ilə əlaqələndirirlər.

Ətraflı süjetdə: