Bakıda binanın fasadı maşının üstünə düşdü – VİDEO

Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub.

Globalinfo.az “Qaynarinfo”ya istinadən bildirir ki, hadisə MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.

Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.

Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil:

“Nazik fasad üzlüyüdür, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəm yapışdırılıb”.