Bakıda bina yandı: ölən var

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.