WhatsApp Image 2023 03 07 at 11.57.55

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

Globalinfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

7ceb8e2f 5a4f 4442 a77a 1992b7ce5d4c
3502dd11 2fd5 4aab 908d d1b6fef68af7

Paylaş: