Bakıda ailə faciəsi: ana və iki oğlu bıçaqlandı

Bakının Xəzər rayonununda ana və 2 oğlu bıçaqlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evə bıçaqla hucum edən şəxs 1976-cı il təvəllüdlü Gözəl Hüseynağa qızı Kazımovanı, oğlanları 29 yaşlı İmanxan Valeh oğlu Kazımov və 30 yaşlı Hüseynağa Valeh oğlu Kazımovu bıçaqlayıb.

Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Ailə üzvlərinin dediyinə görə, hadisəni Gözəl Kazımovanın qardaşı oğlu törədib.

Hadisənin təfərrüatı araşdırılır.