Bakı və İrəvan arasında gərginlik artır – Tini Koks

AŞPA prezidenti Tini Koks assambleyanın bu gün başlayan yaz sessiyası zamanı açılış çıxışı edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında artan gərginliyin AŞPA-nın diqqətindən kənarda qalmayacağını deyib.

Tini Koks bildirib ki, bölgədə hökm sürən vəziyyəti yaxından araşdırır.