Lars avtomobil yolu bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Qeyd edək ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə Gürcüstan vasitəsilə birləşdirən yeganə yoldur.