Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Ən çox oxunan xəbərlər
1
Əliyev Ankarada hazırlanan planı belə pozdu – Şah gedişi və mat vəziyyəti/VİDEO
2
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı – 200 manat verilir, əvəzində…
3
Ramiz Mehdiyevlə bağlı gözlənilməz məlumat yayıldı – Bunu gizlədirlər…
4
Zəfər Günü bulvarda konsert olacaq
5
Roman Abramoviç Bakıya gəlib – Foto