Bakı-Sumqayıt yolu istiqamətində yanğın

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin üçüncü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Globalinfo.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.