Bakı-Sumqayıt marşrut xətti açıldı: tarif müəyyənləşdi – VİDEO

Yanvarın 21-dən Bakı – Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin “Instagram” səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

***14:51

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

Globalinfo.az bildirir ki, bu barədə “Baku Bus” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında qeyd edilib.

Müvafiq videoçarx sosial şəbəkə üzərindən “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva tərəfindən paylaşılıb. Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.