Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlandı

metro

Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, TƏBİB-dən Report-a verilən məlumata əsasən dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.