Bakı məktəbində şagirdlər arasında insident

Bakı Şəhər Nəsimi Rayon T.Həsənov adına 23 saylı orta məktəbdə aşağı sinif şagirdləri arasındakı insident yaşanıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, şagirdlər arasında yaranan mübahisə onlardan birinin digərinin boğaz nahiyəsinə xəsarət yetirməsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məsələ ilə bağlı bildirib ki, tərəflər arasında yaranan mübahisə ilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı araşdırma aparılır”.