yAMAL

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal La Liqada mövsümün ilk beş turunda üç dəfə dubl edərək Lionel Messinin 13 il əvvəlki göstəricini təkrarlayıb.

Globalinfo.az xəbər verir ki, gənc futbolçu buna XXI əsrdə İspaniya çempionatında nail olan ikinci oyunçu kimi tarixə düşüb.

Yamal cari mövsümdə “Rayo Valyekano”nu 5:2, “Valensiya”nı 5:0, “Levante”ni isə 4:2 hesabı ilə məğlub etdikləri qarşılaşmaların hər birində iki qol vurub.

Messi isə 2012/2013 mövsümünün ilk beş turunda “Real Sosyedad”, “Osasuna” və “Xetafe” ilə oyunlarda dubl etmişdi.

Paylaş: