ro

Ukraynanın istefa verən baş prokuroru Ruslan Kravçenko ölkəni tərk edib.

Globalinfo.az xəbər verir ki, bu barədə özü də “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, xaricdə xidməti ezamiyyətdədir.

Kravçenkonun sözlərinə görə, səfər çərçivəsində bir sıra görüşlər keçirməyi və beynəlxalq tərəfdaşlara ölkənin korrupsiyaya qarşı mübarizə aparan qurumlarında real vəziyyət barədə məlumat verməyi planlaşdırır.

Qeyd edək ki, Kravçenko sentyabrın 7-də rəsmi olaraq istefa verdiyini elan edib.

O, istefasını “siyasi qərar” adlandırıb:

“Baş prokuror vəzifəsinin siyasi qarşıdurma vasitəsi kimi istifadə olunmasını istəmirəm. İttihamlarla bağlı mövqeyim dəyişməz olaraq qalır”.

Xatırladaq ki, istefa Ukraynanın Milli Korrupsiya ilə Mübarizə Bürosu və İxtisaslaşdırılmış Korrupsiya ilə Mübarizə Prokurorluğu tərəfindən başladılan genişmiqyaslı istintaq tədbirləri fonunda baş verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: