resize 13

Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi ikitərəfli məsələdir və avqustun 8-də Vaşinqtonda paraflanmış İrəvanla Bakı arasında imzalanmış sülh müqaviləsinə heç bir aidiyyəti yoxdur.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

“Bu, Rusiya ilə ikitərəfli sazişlə tənzimlənir, ona görə də bizim parafladığımız sülh sazişinə şamil edilmir”, – o, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra rus qoşunlarının Ermənistan-İran sərhədindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavabında deyib.

Paylaş: