pasinyan yeni89

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.

Globalinfo.az bildirir ki, bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

“Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var”, – o qeyd edib.

N.Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb.

“Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var”, – o bildirib.

Paylaş: