Bakı əməliyyatlara bu tarixdən sonra başlayacaq – Ruslardan qəribə iddia

Azərbaycanın Qarabağdakı silahlı separatçılara qarşı antiterror əməliyyatına başlayacağı iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiyalar dolaşır.

Əməliyyatın sentyabr ayında baş tutacağı istisna edilmir.

Məlumdur ki, sentyabrın 18-də Nyu-Yorkda 2023-cü ilin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi start götürür. İlin ən nüfuzlu forumunun keçirildiyi dövrdə əməliyyatın baş tutması real görünmür, ona görə də antiterror əməliyyatının məhz sentyabrın 23-dən sonraya planlaşdırıldığı iddia olunur.

Ən uyğun tarixlərdən biri kimi isə İkinci Qarabağ savaşının başladığı tarix göstərilir.

Qeyd edək ki, son vaxtlar Ermənistan və Qarabağdakı separatçılar təxribatlara əl atırlar. Rəsmi Bakı regionda sülh və sabitliyə əsaslanan siyasət yürütdüyünü dəfələrə bəyan etsə də, təxribatların qarşısının qətiyyətlə alınacağını vurğulayıb.

Tamerlan Yayaqan
Globalinfo.az