“Bakı bunları qəbul edərsə, demək, sülh artıq bağlanıb”

“Bu gün mühüm çağırış sülh prosesinin bir neçə əsas prinsip əsasında davam etməsini təmin etməkdir. Bu prinsiplər 2023-cü il iyulun 15-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbərinin verdiyi bəyanatda qeyd olunub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib.

O bildirib ki, prinsiplərdən biri Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qəbul etmələridir, yəni Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin 86,6 min kv.km olduğu anlayışı təsdiqlənir.

İkincisi, Almatı bəyannaməsi delimitasiya və demarkasiya prosesinin siyasi əsasını təşkil etməlidir. Delimitasiya və demarkasiyanın hansı xəritələrə aparılacağının razılaşdırılması vacibdir. Bu, 1975-ci ilin xəritələri əsasında aparılmalıdır.

Üçüncüsü, regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş verməlidir”.

Paşinyan deyib ki, əgər Azərbaycan bu prinsiplərə sadiqliyini açıq şəkildə təsdiq edərsə, biz sülhü praktiki olaraq qurulmuş hesab edə bilərik.