Bakı bu mövzuda yazmağa qadağa qoyub – Ermənilər

Ermənilərlə Rusiya arasında münasibətlər birincilərin gözləntilərinin doğrulmaması fonunda pisləşməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, ermənilər indi də Rusiyanın mətbuat orqanlarına qarşı çıxırlar.

Buna səbəb Rusiya KİV-lərinin “erməni həqiqətləri” barədə yazmamasıdır.

“Erkramas” nəşri ermənilərə laqeyd yanaşan KİV-lərin adını da çəkib:

“Pravda”, “İzvestiya”, “Komsomolskaya Pravda”, “İA REQNUM” saytlarına baxdıq və orada mövzu ilə bağlı heç nə tapmadıq”.
Ermənilər hətta TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanın mövzuya qadağa qoymuş ola biləcəyini də iddia ediblər.

“Ya Rusiya KİV ermənilərə marağını itirib, ya da orada Azərbaycan barədə pis nəsə yazmaq olmaz”, – ermənilər bildiriblər.

Tamerlan Yayaqan
Globalinfo.az