3a2c080f 2bb2 40db ac2e fc36d554498e

“Azərsun Holdinq” 26-30 Yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Gulfood 2026 beynəlxalq qida sərgisində təmsil olunur.

Globalinfo.az bildirir ki, hazırda məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edən holdinq sərgi iştirakçılarına geniş məhsul çeşidi təqdim edir.

Sərgi müddətində ziyarətçilər “Azərsun Holdinq”ə məxsus çay, şokolad, müxtəlif konservləşdirilmiş qida məhsulları, yağlar və digər ərzaqlarla tanış olurlar. Eyni zamanda stenddə qonaqlara “Saville” markalı nar şirəsi və kompotlar da təqdim edilir.

35 illik fəaliyyəti dövründə onlarla yerli brend formalaşdıran “Azərsun Holdinq” Azərbaycanın ixrac imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır. Yerli xammal əsasında istehsal olunan bu məhsullar beynəlxalq bazarlarda ölkəmizi uğurla təmsil edərək “Made in Azerbaijan” adını qürurla daşıyır.

3ca5154b 296c 43d0 bf1f 383cb883d6d7

c99bec33 c32e 4916 8b97 210ef4dfe84b

Paylaş: