pakistan 1352

Azərbaycandan iş üçün Pakistana gedən 20 yaşlı Diana adlı azərbaycanlı qızın kütləvi təcavüzə məruz qaldığı bildirilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Pakistan” məlumat yayıb.

Nəşr yazır ki, gənc qız Lahorda olarkən ona tanımadığı iki qadın yaxınlaşıb. Diana naməlum səbəbdən qadınlarla birlikdə yaxınlıqdakı kafeyə gedib. Bu zaman həmin qadınları sözügedən kafedə artıq üç kişi tanışı gözləyib. Kafedə qızın özünün də xəbəri olmadan içkisinə sərxoşedici maddə töküldüyü və üç kişinin onu huşsuz vəziyyətdə bir mənzilə apararaq təcavüz etdikləri bildirilir.

Daha sonra onlar qızı hava limanı yaxınlığında atıb qaçıblar. Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, məsələ araşdırılır və polis həmin şəxsləri axtarır.

Bildirilib ki, iki ay əvvəl Lahorda iki xarici vətəndaşla bağlı yenə eyni hadisə baş verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: