Azərbaycanlı professor Nobelçi alimlə bir arada

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Elmlər Akademiyasının sədri prof.dr. Müzəffər Şəkər məlumat yayıb.

Qeyd edilib ki, Məsud Aşina sözügedən akademiyaya fəxri üzv seçilən ilk azərbaycanlıdır. Akademiyanın fəxri üzvləri arasında türk alim, Nobel mükafatı laureatı Əziz Səncər də var.

Turan Rzayev
Globalinfo.az