Azərbaycanlı müğənni Navai yeni aldığı “Ferrari”si ilə Moskvada qəza törədib.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Məlumata görə, Navainin idarə etdiyi avtomobil yoldan çıxaraq işıqfora çırpılıb. Hadisə zamanı müğənni və yanında olan dostu xəsarət almayıb.
Müğənni hadisə barədə danışarkən sürət həddini aşmadığını və təkərlərin sürüşdüyünü bildirib.
“Avtomobilə heyfim gəlmir. Əsas odur ki, hamı sağ-salamatdır”, – o deyib.
Aysel Əliyeva
Globalinfo.az