Azərbaycanın yardımı qəbul edilməsə, nə baş verəcək? – Müharibə ehtimalı artır

Qarabağdakı ermənilərin humanitar yardım təklifimizdən imtina etmələri sülhə və gələcəkdə birgə yaşayışa olan ümidləri öldürürmü? Onların hətta insani yardım təklifimizi düşməncəsinə qarsalayırlar. Sülh, əmin-amanlıq üçün Azərbaycan tərəfin atdığı addıma təxribatla cavab verməyə çalışırlar. Vəziyyəti gərginləşdirmək, qarşıdurmanı artırmaq üçün əllərindən gələni edirlər.

Bəs bu, gələcək üçün nə vəd edir?

Siyasi şərhçi Kənan Novruzov Globalinfo.az-a bildirib ki, “Qarabağdakı ermənilər humanitar yardım təklifimizdən imtina etməklə ilk növbədə özlərini ifşa etmiş olurlar.

Kənan Novruzov

Onun sözlərinə görə, Qarabağda hansısa humanitar fəlakət yoxdur:

“Əgər Qarabağda aclıq olsa idi, onda bizim humanitar yardımımızı qəbul edərdilər. İkinci bir tərəfdən, bu, göstərdi ki, ermənilər məsələni siyasiləşdirirlər. Tutaq ki, vəziyyət ermənilərin iddia etdiyi kimidir. Buna baxmayaraq, onlar bizim təklifimizi qəbul etmirlər. Bu, o deməkdir ki, qondarma respublikanın rəhbərliyi üçün siyasi ambisiyaları əhalinin taleyindən daha vacibdir. Yerli əhali mütləq bunu nəzərə almalıdır.
Əgər ermənilər humanitar təklifimizi qəbul etmirlərsə, biz məcbur edəsi deyilik. Sadəcə qarşı tərəf başa düşməlidir ki, Azərbaycan öz ərazisindən qanunsuz yüklərin keçidinə imkan verməyəcək. Proseslər onu deməyə əsas verir ki, ermənilərə ərzaq yox, başqa yüklər, məsələn, silah-sursat lazımdır. Biz isə dediyim kimi, buna icazə verməyəcəyik.

Əlbəttə, ermənilərin radikal mövqeləri reinteqrasiyaya, sülh prosesinə mane olur. Amma, məncə, bu, bizi o qədər də narahat etməməlidir. Seçim özlərinindir. İndiki halda sülh bizdən daha çox qarşı tərəfə lazımdır.
Qarabağda antiterror əməliyyatının yaxın vaxtda keçiriləcəyinə inanmıram. Bu, prosesə mane ola bilər. Amma şərti sərhəddə düşmənin davam edən təxribatlarına lazımi cavab veriləcək”.

Turan Rzayev
Globalinfo.az