Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Globalinfo.az həmin müsahibəni təqdim edirik:
– Qüdrət bəy, İran Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib ki, İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Münasibətinizi bilmək istərdik…
– Əvvəla, Azərbaycan Ermənistanın ərazisini işğal etməyə hazırlaşmır. İkincisi, Ermənistan Azərbaycanın torpaqlarının 20%-ni 30 ildən artıq bir müddətdə işğal altında saxlayıb, bir milyon müsəlmanı ev-eşiyindən didərgin salıb, amma İran quzu kimi, məlulcasına buna dözüb. İndi nə olub, qeyrətə gəliblər? İran Ermənistana yarınmaq istəyirsə, bunun başqa yolunu tapsın, bizim adımızı hallandırmasın. Biz Ermənistandan öhdəliklərini yerinə yetirməsini tələb edirik. İran bölgədə sülh və əməkdaşlıq istəyirsə, Azərbaycanın haqq işini müdafiə etməli, ürək bulandırmamalıdır. Zəngəzur dəhlizi açılmalıdır.
– Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib ki, Qarabağı tərk etmiş bir qrup erməni Azərbaycana qayıtmaq istəyir. Bu məsələyə necə baxırsınız?
– Ermənilərin Azərbaycan qayıtması Ermənistanla danışıqların predmeti olmalıdır. 200 minə qədər Qərbi Azərbaycanlı Ermənistana-Zəngəzura, Qarabağ erməniləri isə Azərbaycana qayıda bilər. Bu iş paralel aparılmalıdır. Birtərəfli qaydada ermənilərin Azərbaycana buraxılması səhv, münaqişə ocağının gələcək nəsillərə, xarici güclərin bizim daxili işlərimizə müdaxilə imkanlarının saxlanması olardı. Bundan başqa, qayıdan ermənilər içərisində Azərbaycan dövlətinə və xalqına silah qaldırmış hər kəs cəzəlandırılmalıdır. Prezident qan tökülməməsi üçün vaxtında amnistiya təklif etdi, amma onlar qəbul etmədi.
– Prezidentin Paşinyanla görüşdən imtina etməsini necə qarşıladınız?