Azərbaycanın şimalında qızılca epidemiyası: 200 yoluxma

Rusiyanın Dağıstan Respublikasında 200-ə yaxın qızılcaya yoluxma halı aşkarlanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə TASS “Rospotrebnadzor”un Rusiya regionu üzrə departamentinə istinadən məlumat yayıb.

Dağıstanda 188 laboratoriya tərəfindən təsdiqlənmiş qızılca hadisəsi qeydə alınıb. Epidemioloji vəziyyət gərgin, lakin nəzarətdə saxlanılır.

Respublikada qızılca xəstəliyinin yayılması ilə bağlı epidemioloji vəziyyətin mürəkkəbləşməsi bu ilin fevral ayından başlayıb, lakin əvvəlcə yalnız təcrid olunmuş hallar aşkarlanıb. Qurumun məlumatına görə, yoluxma hallarının çoxu qızılcaya qarşı peyvənd olunmamış, qonşu ölkələrdən bölgəyə gələn insanlar arasında qeydə alınır.

Daha əvvəl “Rospotrebnadzor” bildirmişdi ki, Rusiyada qızılcaya qarşı immunizasiyanın əhatə dairəsi orta hesabla 95 faizi ötür.