Azərbaycan generalları ilə danışan Yoav Qallant bunu yazdı

Azərbaycan və İsrail arasında əməkdaşlıq regional sülh və sabitliyə müsbət təsir edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant tviterdə bildirib.

“Mən bu gün səhər Azərbaycandakı tərəfdaşlarım, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə danışdım. Biz ölkələrimiz arasında müdafiə sahəsində mühüm əlaqələri müzakirə etdik və əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduğumuzu bildirdik. Mən bunun regional sülh və sabitliyə müsbət təsir edəcəyinə əminəm”, – nazir qeyd edib.